Ermənistanın təklif irəli sürməsi əhəmiyyətsiz və mənasızdır - ÖZƏL
15:43 Siyasət"Aydın məsələdir ki, Ermənistan 10 noyabr bəyanatının şərtlərindən yayınmağa çalışır və bu tipli 10 noyabr bəyanatında göstərilən maneəsiz hərəkət prinsipinə alternativ və yaxud mövcud şərtləri dəyişməyə hesablanmış addımlar atılır".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Əslində bu, gözlənilən idi. Ermənistan 10 noyabr bəyanatını qəbul etmir, ən azından maneəsiz hərəkət prinsipini qəbul etmir, buna görə də daha alternativ şeylər təklif edir. İndiki məqamda Bakı bunlarla yəqin ki, maraqlanmır. Çünki prezidentin də son müsahibədə Zəngəzurla bağlı dedikləri əslində Bakının mövqeyini tam əks etdirir və nədən ibarət olduğunu göstərir. Yəni bu mənada Azərbaycan bu təklifi indiki məqamda qəbul etməyəcəkdi. Amma Ermənistanla danışıqlar prosesi fonunda əgər Azərbaycan da istəsə, Azərbaycan istəyi çox önəmlidir, bu tipli alternativ təkliflərə baxıla bilər. Amma bu mövzu şərtlərlə, hələ ki, mümkün görünmür. Çünki Azərbaycan bunu istəmir. Ermənistanın bu tip təklif irəli sürməsi üçün gərək ilk öncə etimad mühitini bərpa etsin və Azərbaycanı narahat edən məqamlara aydınlıq gətirsin. Misal üçün, Avropa İttifaqının Ermənistandakı missiyası iki il fəaliyyəti uzadıldı. Paralel olaraq Amerika ilə strateji tərəfdaşlıq sazişi imzalandı və Ermənistan silahlanır, son zamanlar xüsusilə silahlanmaqdadır. Bütün bunlar hamısı Ermənistanın qeyd etdiyim kimi, Azərbaycanla etimad mühitinin yaratması məsələsinə mane olur. Bunlar həll edilmədən nədənsə danışmaq çox tezdir. Ermənistanın təklif irəli sürməsi də əhəmiyyətsiz və mənasızdır".