Türkiyənin Azərbaycandakı yeni səfiri sabah fəaliyyətə başlayır
31 Yanvar 2025 12:04 SiyasətTürkiyənin Azərbaycana təyin edilən yeni səfiri Birol Akgün sabah vəzifə səlahiyyətlərinin icrasına başlayacaq.
Bu barədə Türkiyə Səfirliyindən məlumat verilib.
Qeyd edək ki, artıq Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı diplomatik faəliyyətinin başa çatması ilə əlaqədar vəzifəsini yeni təyin olunan Birol Akgünə təhvil verib.
Xatırladaq ki, 11 yanvar tarixində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Birol Akgünü Azərbaycana yeni səfir təyin edib.
Ötən ilin dekabrın 14-də isə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçının diplomatik fəaliyyət müddəti başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31