Millətsevər insanlar heç vaxt unudulmur - ÖZƏL

"Bu gün  dahi  şəxsiyyət, yurdsevər, millət fədaisi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən  olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Böyük şəxsiyyəti  ehtiramla, rəhmətlə anırıq. Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması məni vətəndaş olaraq qürurlandırır". "Olaylar" xəbər verir ki,  bunu deyən   Əkrəm Bəydəmirlinin sözlərinə  görə bu insanlarda nə qədər güclü fədakarlıq, sözün yaxşı mənasında bir millətçilik olub ki, mümkün olmayan bir şeyi həyata keçiriblər: "Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyə nail olmaqla, 114 min kv. km ərazini dünyaya tanıtmaqla müasir dövlətçiliyimizin əsasını qoyub. Bəlkə də həmin AXC qurulmasaydı, Azərbaycan sonrakı dövrlərdə Rusiyanın hansısa muxtar vilayəti kimi qala bilərdi. Çağdaş dünya siyasətində maraqlara daha çox diqqət yetirilir. Təəssüf ki, belə siyasətdə dəyərlər unudulur. Bəlkə dünya da olan ədalətsizliklər, münaqişələrin uzanması buradan qaynaqlanır. Ancaq Xalq Cümhuriyyətinin liderləri siyasi idarəetmə sisteminə, ümumilikdə o dövrün siyasətinə əxlaqi dəyərlər gətirdilər. O zaman dünyada o cümlədən Avropada tam oturuşmayan demokratik seçki sistemini, idarəetmə ənənələrini, Azərbaycanda tətbiq etməyə cəhd göstərdilər. Azərbaycan dövlətinin yaranması, inkişafı uğrunda mücadilə aparan bu insanlar bu istəklərinə müəyyən mənada nail oldular".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31