İran indiki məqamda Azərbaycanla münasibətlərə diqqət etməlidir - ÖZƏL
30 Yanvar 16:13 Siyasət"İran Azərbaycanla münasibətlərdə hər zaman bu tipli addımlar atıb, hibrid hücumlar edib".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Əslində burada təəccüblü bir şey yoxdur. Çünki İranı narahat edən əsas məsələ Şimali Azərbaycanın olmasıdır və aydın məsələdir ki, bu Azərbaycanın bir də cənubu var. İran həmişə bu faktordan narahat olub. Şimaldakı Azərbaycanın maariflənməsi, güclənməsi, iqtisadi baxımdan inkişafı cənubdakı azərbaycanlılara hər zaman ümid və stimul olub. Bu ehtimal riskləri İran hər zaman Azərbaycandan gözləyir və buna görə də Azərbaycana qarşı bu tipli addımlar atıb, atacaq.
Rusiya-Ermənistana gəldikdə isə, Rusiyanın özünün münasibətlərində soyuqluq yaşanır, Ermənistandakı danışıqlar prosesi davam etməkdədir. Təbii olaraq İran bu və ya başqa formada Rusiya və Ermənistan üzərindən Azərbaycana qarşı təzyiq etmək, hibrid hücumları təşkil etmək məsələsini gündəmə gətirə bilər və gətirib də. Amma geosiyasi baxımdan İranın Azərbaycandan ehtiyatlı olmağı, həm də Azərbaycanın müəyyən mənada ehtiyacı da var. İqtisadi baxımdan iki ölkə arasında münasibətlər var və İran iqtisadi maraqlarının təhlükə altına girməsini istəmir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, son zamanlar İran tərəfindən geri addımlar da atılır. Həm səfirliyimizə hücum təşkil edən şəxsə edam hökmünün verilməsi, əsirlikdə saxlanılan həmvətənimiz Fərid Səfərlinin geri qaytarılması və sərhəd komissiyalarının görüş sonrası sərhədin Ermənistan-Azərbaycan-İran hissəsinin delimitasiyaya başlanması ilə bağlı razılığın verilməsi, İranın bu məsələdə mövqe sərgiləməməsi-bütün bunlar Bakının diplomatik qələbələridir və İran artıq müəyyən mənada Azərbaycandan həm də çəkinir. Çünki İsrail-Iran gərginliyi davam edir və böyük ehtimalla bu il daha da bu gərginliyin şahidi olacağıq. Trampın hakimiyyətə gəlməsi fonunda da İran narahatdır. Bunlar hamısı onu deməyə əsas verir ki, İran indiki məqamda Azərbaycanla münasibətlərə diqqət etməlidir və unutmamalıdır ki, Azərbaycanla ritorika dilində danışmaq heç kəsə müsbət nəsə vəd etmir".