Hazırkı dövrün əsas çağırışı yaşıl enerjiyə keçiddir- ÖZƏL
27 Yanvar 13:59 Siyasət"2003-cü ildən Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə təqdir edilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycanın rəqabət qabiliyyətli iqtisadiyyata malik ölkə kimi liderliyini qoruması da bunun bariz nümunəsidir. Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bu, islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə yol açır. Son 21 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Hazırkı dövrün əsas çağırışı yaşıl enerjiyə keçiddir. Bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması hədəfi yeni əməkdaşlıq formatlarının yaradılmasını zərurətə çevirdi. Dünya İqtisadi Forumunun 55-ci toplantısı bütün bu məqamlara işıq saldı".