Azərbaycan və Braziliya arasında aqrar əməkdaşlığa dair sənəd təsdiqlənib
16:44 SiyasətPrezident İlham Əliyev "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu təsdiq edib.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Xatırladaq ki, sənəd 2024-cü il sentyabrın 13-də Kuyaba şəhərində imzalanıb.
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya hökumətinə bildiriş göndərməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31