Qələbəni şəhidlərimizin qanı hesabına qazanmışıq- ÖZƏL

"Bu gün 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən və 2023-cü ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin həyata keçirdiyi birgünlük lokal antiterror tədbirlərinin həyata keçirilməsi nəticəsində suverenliyimizin tam təmin olunmasından bəhs edirik. Bu Zəfərlərə Vətən oğullarımızın canı, qanı bahasına nail olduq". "Olaylar" xəbər verir ki, bunu YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov deyib: "Dövlət başçısı İlham Əliyev şanlı  Zəfərimizdən bəhs edərkən daim gənclərimizin torpaq, Vətən sevgisini xüsusi önə çəkir. "Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq... O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı" söyləyən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə  diqqət və qayğıları yüksək səviyyədədir. Bu diqqət və qayğı hər kəsin vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Şəhidləri unutmağa haqqımız yoxdur. Vətənpərvərliyin ən ali zirvəsi şəhidlikdir. Əbəs yerə deyilmir ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31