Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin əsas qarantıdır
11 Yanvar 12:24 Siyasət"Azərbaycanın sülh gündəliyinə toxunub. Dövlət başçısı Cənubi Qafqazda yeni bir reallığın yarandığını, bu reallığın güclü və qalib Azərbaycan tərəfindən təmin edildiyini vurğulayıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Dövlətimiz bu gün bölgədə sülhün və təhlükəsizliyin əsas qarantıdır. Məhz II Qarabağ müharibəsindən sonra da Ermənistana sülh təklifini edən Azərbaycan olub. Amma sülhlə bağlı ölkəmizin başlıca şərtləri təmin edilməlidir. İlk növbədə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən əsassız müddəalar aradan qaldırılmalıdır. Eyni zamanda yarandığı gündən heç bir müsbət fəaliyyəti ilə yadda qalmayan ATƏT-in Minsk Qrupundan imtina edilməlidir. Bununla paralel olaraq Avropa İttifaqının Azərbaycanla şərti sərhəddə məhz Ermənistan tərəfindən yerləşdirilmiş "missiyası" bölgədən çıxarılmalıdır. Sözsüz ki, ötən il Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında bəlli irəliləyiş əldə olundu. Qazaxın rayonunun 90-cı illərin əvvəllərində işğal edilmiş 4 kəndi bir güllə atılmadan Azərbaycana təhvil verildi. Eyni zamanda sərhəddin 12 km-lik hissəsində delimitasiya və demarkasiya prosesi həyata keçirildi. Sözsüz ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlikləri yerinə yetirməlidir. Cənab Prezident də müsahibəsində qeyd etdi ki, "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır". Ölkə başçısının da vurğuladığı kimi bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Regional kommunikasiyalar açılmalı, Azərbaycan özünün ayrılmaz hissəsi olan Naxçıvanla birbaşa əlaqələr yaradılmalıdır".