Ararat Mirzoyan: Ermənistan “Zəngəzur dəhlizi” anlayışına qarşıdır – ÖZƏL
8 Yanvar 16:40 SiyasətOlaylar.az xəbər verir ki, 2024-cü ilin yekunlarına həsr olunmuş yanvarın 8-də keçirilən mətbuat konfransında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan "Dünya Qovşağı" təşəbbüsünü irəli sürüb və rabitələrin açılması məsələsində ardıcıl mövqeyini nümayiş etdirir.
"Biz bunu ilk növbədə öz maraqlarımıza görə edirik. Necə ki, digər ölkələr Ermənistan ərazisindən tranzit üçün istifadə etmək istəyir, biz də qonşu ölkələrin ərazilərindən tranzit üçün istifadə etmək niyyətindəyik," - deyə Mirzoyan vurğulayıb.
Nazir, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatlarına da toxunub və Ermənistanın hər hansı maneə olmaq niyyətində olmadığını bildirib:
"Biz XXI əsrdə yaşayırıq və bütün ölkələr digər dövlətlərlə ticarət etmək və əlaqələr qurmaq istəyir. Bu, onların həyati maraqlarından irəli gəlir. Biz qonşular arasında körpü olmaq istəyirik, parçalamaq deyil, birləşdirmək niyyətindəyik. Əgər Ermənistanın suverenliyi, infrastruktur üzərindəki təhlükəsizlik təminatları daxil olmaqla, hörmət edilərsə, biz yalnız əleyhinə olmamaqla qalmırıq, həm də maraqlıyıq."
Lakin nazir əlavə edib ki, Ermənistan "Zəngəzur dəhlizi" anlayışına qarşıdır:
"Biz bu ifadənin istifadəsinə qarşıyıq və bunu dəfələrlə bildirmişik."
Xatırladaq ki, yanvarın 7-də Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Ermənistan Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə olmamalıdır. Prezident Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu vurğulayıb.