Ararat Mirzoyan: “Qarabağın Azərbaycanın tərkibində olması danılmaz faktdır” – ÖZƏL
8 Yanvar 2025 16:03 SiyasətOlaylar.az xəbər verir ki, yanvarın 8-də 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, atəşkəs rejimi qurulduqdan sonra müzakirə olunan bütün variantlar Dağlıq Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsini nəzərdə tutub.
"Bu, danılmaz faktdır," - deyən nazir əlavə edib ki, yalnız bir variant bu prinsipdən fərqli idi. "Bu, Mehrinin dəyişdirilməsi məsələsi idi, yəni Dağlıq Qarabağın Ermənistanın suveren ərazisinin bir hissəsinə dəyişdirilməsi," - Mirzoyan vurğulayıb.
Sənədlərin ictimaiyyətə açıqlanması məsələsinə toxunan nazir bildirib ki, Ermənistan hakimiyyəti danışıqlar prosesinə aid bütün sənədləri sistemləşdirmək üzərində işləyir.
"Bu sənədlərin sistemli şəkildə təqdim edilməsinə ehtiyac var və hazırda bu proseslə məşğuluq. Proses başa çatdıqdan sonra riskləri qiymətləndirəcək və sənədlərin açıqlanıb-açıqlanmamasına qərar verəcəyik. Ermənistanda bu sənədlərin bir hissəsinə malik olan şəxslər və ofislər var. Təklif edirəm ki, onları dərc etsinlər və onların dövründə hansı müzakirələrin aparıldığını görək," - deyə nazir əlavə edib.