Ermənistan dialoq vasitəsilə məsələləri həll etməyə çalışacaq- Paşinyan

Ermənistan hökuməti Azərbaycanla sülh sazişi üzrə iki bənddən ibarət təkliflər paketini təqdim edib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Armenpress" agentliyinə bildirib.

Olaylar.az  bildirir ki Paşinyanın sözlərinə görə, əgər Azərbaycan tərəfi bu bəndlərlə razılaşarsa, Ermənistan sülh müqaviləsini imzalamağa hazırdır. Bununla belə, o, Bakının "təcavüzkar ritorika ilə İrəvanı təxribata çəkməyə çalışdığını" (kursiv bizimdir-red) qeyd edib:
"Azərbaycan bölgədə gərginliyi artırmağı qanuniləşdirmək istəyir. Onlar bizi aqressiv çıxışlara sövq etmək niyyətindədirlər ki, öz açıqlamalarını daha sərt şəkildə əsaslandırsınlar."

Paşinyan vurğulayıb ki, Ermənistan aqressiya yolunu seçməyəcək və dialoq vasitəsilə məsələləri həll etməyə çalışacaq.

Qeyd edək  ki sonuncu Qarabağ müharibəsindən dörd il keçsə də, Azərbaycan və Ermənistan arasında sülh sazişi hələ də imzalanmayıb. Yanvarın 7-də Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində Ermənistanı bölgədə  sülhə  təhdid olduğunu  bildirib.

Xatırladaq ki, yaxın günlərdə iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı yeni danışıqların keçirilməsi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31