İlham Əliyevin müsahibəsi Ermənistanı çalxaladı– ÖZƏL

"Azərbaycan Prezidentinin dünənki müsahibəsi onun əvvəlki hədələrinin inkişafıdır. Bu, bir daha sübut etdi ki, "Vətəndaş Müqaviləsi" partiyasının elitası Ermənistana tək tərəfli diktəsini tətbiq etməyə imkan verib. Ölkə ekzistensial təhdidlər qarşısındadır və bu məsələdə "VM" hakimiyyəti yalnız Azərbaycanın  ambisiyalarını irəlilətməsinə kömək edib".

Olaylar.az xəbər verir ki, bu fikirləri Ermənistanın sabiq ombudsmanı Arman Tatoyan özünün "Facebook" səhifəsində yazıb.

"VM-in elitası və onun rəhbəri hakimiyyətdə qalmaq və dövlətdən, Ermənistanın təhlükəsizliyi və ümumilikdə mövcudluğundan yararlanmaq üçün hər şey edir. Onlar bütün qüvvələri ilə dövlətçiliyimizi məhv edir və xalqımızın müqavimətini zəiflədirlər.

Propaqanda daxilində ölkədə bir ailə cütlüyü tərəfindən irəli sürülən gündəliklər də yer alır, onların yayılmasına heç bir şəkildə kömək etməməliyik.

Nəticədə, ölkədə dövlətçiliyi məhv edən avtoritar hökumət möhkəmlənir. Ölkənin idarəçiliyi, insan haqlarının qorunması və qanunun aliliyi sahəsində ciddi problemlər yaranıb, həmçinin Silahlı Qüvvələr və diplomatiya rəhbərliyindəki sistemlərdə də problemlər mövcuddur.

Biz "VM" hakimiyyətinin propaqanda əsarətindən çıxmalıyıq ki, Ermənistana qarşı artan təhdidlərə qarşı durma imkanımız olsun",- deyə o, yazıb. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də Azərbaycanın yerli televiziya kanallarına  müsahibəsində  Ermənistanla bağlı  məsələlərə  də   toxunub. Və  belə  görünür  ki  həmişə  olduğu  kimi  bu  dəfə də hədəfə  dəyib..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31