Prezident İlham Əliyev: Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir

Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir, çox ciddi.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Yaxın və orta keçmişə nəzər saldıqda, dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmadığını diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: "Bunu biz etmişik, bütün təzyiqlərə, təhdidlərə və təhlükələrə rəğmən".

Azərbaycan Prezidenti əlavə edib ki, müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı o qədər də çox deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31