Macarıstanın Prezidenti İlham Əliyevə başsağlığı verib
6 Yanvar 2025 16:55 SiyasətMacarıstanın Prezidenti Tamaş Şuyok Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Olaylar xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
İcazə verin, çoxlu sayda insanın həlak olması ilə nəticələnən faciəvi təyyarə qəzası ilə bağlı Macarıstan xalqı adından və şəxsən öz adımdan səmimi başsağlığımı çatdırım. Dualarım və düşüncələrim həlak olanların və onların ailə üzvlərinin yanındadır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31