Ermənistan Laçını yenidən atəşə tutdu

Laçın istiqamətində yanvarın 6-sı saat 14:10 radələrində Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub.

Bu barədə Olaylar-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31