Horadiz qələbənin sevincini 22 il sonra yenidən yaşadıq- ÖZƏL
6 Yanvar 14:49 Siyasət"Bu gün, 6 yanvar 1994-cü ildə Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu, Horadiz əməliyyat başa çatıb. Nəticədə, Horadiz qəsəbəsi, Füzuli rayonunun 21 kəndi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Zaur İbrahimli deyib: "Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan ordusunun 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin sevincini 22 il sonra yenidən yaşadıq. Ordumuz Horadiz əməliyyatının davamı olaraq 2016-cı ilin aprelində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək strateji əhəmiyyətə malik Lələtəpə və Talış yüksəkliklərini düşməndən azad edərək, qələbə əzmini və torpaqlarımızın işğal altında qalması ilə heç zaman barışmayacağını bir daha bütün dünyaya nümayiş etdirdi. İkinci Qarabağ Müharibəsində bu döyüşlərin təcrübəsindən əhəmiyyətli dərəcədə istifadə edildi".