Prezident İlham Əliyev: Azərbaycan vətəndaşlarının təyyarə qəzasında həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir
6 Yanvar 2025 13:44 SiyasətAzərbaycan vətəndaşlarının Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir.
Olaylar xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı qeyd edib:
"Mən hələ ki, cinayət işinin bütün materiallarını açıqlamaq istəmirəm, onun ilkin təhqiqatı və nəticələri mənə məruzə edilib. Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31