İrəvan-Bakı münasibətlərinin normallaşması... - Polşa
3 Yanvar 17:20 SiyasətPolşa Avropa Birliyi (AB) Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına və Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə səy göstərəcək.
Axar.az xəbər verir ki, bu, Polşanın AB Şurasına sədrliyi ilə əlaqədar fəaliyyət proqramında öz əksini tapıb.
Bildirilib ki, bu addımlar Bakı ilə İrəvanın AB ilə əməkdaşlığının inkişafına da imkan yaradacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31