Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb
1 Yanvar 2025 00:42 SiyasətErmənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır.
AZƏRTAC bildirir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
"Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır", - deyə dövlətimizin başçısı vurğulayıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31