Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti ilə bağlı QƏRAR

Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 90 günə endirilib.

Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Belə ki, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.

Bu Qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31