Deputat ölkə vətəndaşlarına çağırış etdi
27 Dekabr 2024 13:41 SiyasətBaş vermiş təyyarə qəzası hər birimizi dərindən sarsıtdı. Həlak olanların ailələrinə, yaxınlarına baş sağlığı verirəm, dünyasın dəyişənlərə Uca Tanrıdan rəhmət, zərər çəkənlərə şəfa diləyirəm. Baş vermiş hadisə ciddi şəkildə dövlətin nəzarətindədir. Cənab Prezident özünün mühüm bir səfərini təxirə salaraq dərhal hava limanında müşavirə keçirtdi, müvafiq tapşırıqlar verdi, baş nazirin rəhbərliyi altında ölkənin müvafiq qurumlarının rəhbərlərindən ibarət araşdırıcı komissiya yaradıldı. Qəza ciddi şəkildə araşdırılır, cənab Prezidentin nəzarəti altındadır. Baş vermiş hadisə ilə bağlı sosial media istifadəçilərinə təmkinli və səbrli olmağa, fake xəbərlərin yayılmasına imkan verməməyə, rəsmi açıqlamalara əməl etməyə səsləyirəm. Çünki hər bir ehtiyatsız söz bu faciədə ciddi psixoloji travma alan insanlara və həlak olanların ailələrinə ağır təsir göstərə bilər. Ricam odur ki, olduqca diqqətli olaq və rəsmi məlumatlardan başqa sosial mediada başqa heç bir məlumat yayılmasın.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.