Prezident 2025-ci il üçün yaşayış minimumunu təsdiqlədi
27 Dekabr 2024 13:23 SiyasətPrezident İlham Əliyev Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında qanunu təsdiqləyib.
Olaylar xəbər verir ki, sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği - 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.
Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31