İcmanın fransalı deputata verdiyi cavab tam obyektivdir– ÖZƏL
27 Dekabr 12:30 Siyasət"Qərbi Azərbaycan İcması bütövlükdə Azərbaycanla bağlı biryanlı, qəbuledilməz, yalan, uydurma məlumat yayan qüvvələrə, siyasi mərkəzlərə qarşı həmişə öz bəyanatları ilə layiq olduqları cavabı verir. Bütövlükdə, bu gün siyasi sistemində təmsil olunan bəzi deputatlar var ki, onlar ədalətsizlik və obyektivlik hissini tamamilə itirərək dezinformasiya kampaniyalarının alətinə çevriliblər".
Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Çox təəssüf edici məqamdır ki, bu gün dünyada beynəlxalq hüququn, ədalətin işləksizliyinə görə bu qədər problemlər baş vermişkən Fransa və başqa ölkələr və onların siyasətçiləri özləri səbəb olduqları ictimai xaosa və qlobal səviyyədəki ədalətsizliklərə dəstək verməyə davam edirlər. Bu baxımdan da İcmanın fransalı deputata verdiyi tam obyektiv və yerindədir və Azərbaycan həqiqətlərini özündə ehtiva edir".
Zeynəb Rzayeva