Sergey Məlikov Prezident İlham Əliyevə başsağlığı verib
26 Dekabr 18:59 SiyasətRusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Olaylar.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
"AZAL" aviaşirkətinin Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına bütün dağıstanlılar adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Dərdinizi səmimi-qəlbdən bölüşür, Sizinlə birlikdə kədərlənirik.
Xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31