Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı verib

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi, "Rusiya - İslam Dünyası" Strateji Baxış Qrupunun sədri Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Olaylar xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Dekabrın 25-də "Azərbaycan Hava Yollarına" məxsus sərnişin təyyarəsinin qəzaya uğraması xəbəri Tatarıstan Respublikasında dərin kədər hissi ilə qarşılanıb.

Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.

Biz bu itkilərin acısını ürəkdən bölüşür və qardaş Azərbaycan xalqı ilə birlikdə kədərlənirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31