Ekspert: Paşinyanın başsağlığı beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulub – ÖZƏL
26 Dekabr 18:05 Siyasət"Nikol Paşinyanın təyyarə qəzası ilə bağlı verdiyi açıqlama daha çox beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulub".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli deyib:
"O, bu addımı ilə Ermənistanın Azərbaycanla normal münasibətlər qurmaq niyyətini ifadə etməyə cəhd göstərir. İstənilən halda pozitiv yanaşmadır. Ancaq bu pozitiv yanaşmada Ermənistan Baş naziri Nikol Paşinyanın siyasi məqsədlər güddüyü də qətiyyən şübhə doğurmur. Bununla belə, Ermənistan cəmiyyətində Nikol Paşinyanın açıqlamasının kəskin şəkildə tənqid olunması da erməni düşüncə tərzinin nə qədər qüsurlu, absurd və məntiqsiz olduğunu göstərir. Eyni zamanda, bu düşüncə tərzinin Azərbaycana düşmən olduğunu da təsdiqləyir. Qətiyyən şübhə doğurmur ki, hazırda Ermənistanda böyük əksəriyyət baş vermiş hadisədən yalnız sevinir və bundan məmnundurlar. Ona görə də Paşinyanın başsağlığı açıqlamasını kəskin şəkildə tənqid edirlər. Qəbul etmək istəmirlər ki, normal dövlətlərarası münasibətlərdə belə hadisələrdə reaksiyanın verilməsi qətiyyən gözlənilməz və ya təəccüblü bir addım deyil. Ermənistan cəmiyyəti, erməni toplumu Azərbaycana düşmən mövqe tutduğuna görə, bu addım da erməni cəmiyyəti, toplumu tərəfindən kəskin tənqid olunur və qəbul edə bilmirlər ki, sivil dünyanın qaydaları bundan ibarətdir. Ermənistan cəmiyyəti yalnız kin, küdurət və düşmənçilik üzərində indeksləşmiş toplumdur və bəşəri cəhətdən də çox qüsurlu və zərərli toplumdur".
Qiymət Mahir