Paşinyanın başsağlığı: Humanist jest, yoxsa populist addım? – ÖZƏL
26 Dekabr 17:26 Siyasət"Nikol Paşinyanın Azərbaycana təyyarə qəzası ilə bağlı başsağlığı verməsi müsbət qiymətləndirilməlidir. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, bu başsağlığını Paşinyan öz şəxsi "X" hesabında edib, yəni rəsmi olaraq Azərbaycana başsağlığı məktubu göndərilməyib".
Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib:
"Hər halda bu- Nikol Paşinyanın bu addımı populizm xarakteri daşıyan addım olsa da, təqdirəlayiqdir. Onu da qeyd etmək lazımdır ki, son onilliklərdə ilk dəfədir ki, Ermənistan rəhbəri Azərbaycana qarşı belə bir addım atır, faciə ilə bağlı başsağlığı verir. Biz bunu Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdiyi prosesdə müsbət gediş kimi dəyərləndirə, xarakterizə edə bilərik. Yenə də Paşinyan bununla həm də beynəlxalq aləmə, ictimaiyyətə bir mesaj verir ki, guya Ermənistan Azərbaycana qarşı belə humanist yanaşma ilə çıxış edir. Ermənistan prezidenti özünü humanist və loyal bir şəxs kimi göstərməyə çalışır. Əslində, Ermənistan rəhbərliyinin qeyri-konstruktiv, danışıqlar prosesini pozmağa yönəlik addımları ilə paralel olaraq belə bir addım atması heç də birmənalı qarşılanmır. Çünki reallıq bundan ibarətdir ki, Ermənistan bu gün Azərbaycana qarşı qərəzli və düşmənçilik mövqeyində dayanır və biz unutmamalıyıq ki, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı konkret ərazi iddiaları var və bu gün Ermənistan sülh prosesindən yayınmaqla, Azərbaycanın haqlı tələblərini qəbul etməməklə, Qərb dairələrinə güvənərək sülhə ciddi zərbə vurmaqla öz mahiyyətini yenə də saxlamış olur. Ermənistanın kütləvi silahlanması da bu mənfi tendensiyanın davamıdır".
Qiymət Mahir