Günün birində mütləq Azərbaycan torpaqları bütövləşəcək, birləşəcək - ÖZƏL
26 Dekabr 16:12 Siyasət"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu il 35-ci dəfə qeyd olunacaq".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Bilirsiniz ki, 1989-cu ildə Araz çayı sahilində şərti sərhəddəki, mən ona şərti sərhəd deyirəm, çünki bir millətin öz torpağının içində sərhədi ola bilməz, Arazın o tayı da, bu tayı da bütöv Azərbaycanın parçalarıdır, həmin o şərti sərhəddə, istər Azərbaycan Respublikası olaraq bu tayı, istərsə də Güney Azərbaycan olaraq o tayı əsarətdə saxlayanlara göz dağı verilən gündür. Onlara heç bir tikanlı məftilin, bizim bütövlüyümüzün qarşısını ala bilməyəcəyini göstərdiyimiz gündür. Düz 35 ildir ki, biz bu xoş tarixi, xatirəni yaşadırıq və əbədi də yaşadacağıq.
Mən düşünürəm ki, 1989-cu ilin 31 dekabrı Bütöv Azərbaycanın bərpa edilməsi üçün atılan ilk və ən uğurlu addımdır. Təbiidir ki, günün birində mütləq Azərbaycan torpaqları bütövləşəcək birləşəcək və biz güneyli, quzeyli, Dərbəndli, Zəngəzurlu, Göyçəli Böyük Azərbaycanımızı dünyaya təqdim edəcəyik.
31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi günü bizim üçün bu baxımdan əlamətdardır".