Bütün bunlar mütləq və mütləq İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir - ÖZƏL

"2024-cü ildə Azərbaycan müasir tarixinin özünəməxsus uğurları ilə yadda qalıb".



Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Azərbaycan bu il ərzində hər şeydən öncə illər sonra Qarabağın və bütövlükdə Azərbaycanın ən dilbər guşələrindən olan, daim diqqətimizdə saxladığımız Xankəndiyə köç başladı. Hər bir azərbaycanlının ağrı-acıyla xatırladığı Xocalıya nəhayət ki, insanlar qayıtmağa başlayıb. Qarabağda Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayıb. Bunları niyə xüsusi vurğulayıram, çünki bunlar elə şeylərdir ki, bəlkə də illər öncə xəyal belə etməyə çətinlik çəkirdik. Amma Azərbaycan bunları bacarıb.
Eyni zamanda, ilin ən böyük və qlobal səviyyəli tədbiri COP29-a uğurla ev sahibliyi etmişik. Bütün dünyanın diqqəti Azərbaycanda olub. Ümumiyyətlə, il ərzində də belə idi. Amma  Cop29  günlərində bu daha möhtəşəm şəkildə özünü göstərirdi. Yəni Azərbaycan üçün uğurlu bir il olub.
2024-cü ilin son günlərini yaşayırıq. Geri dönüb baxanda fəxrlə, qürurla bu ili yola salırıq. Çoxlu uğurlarımız var dövlət səviyyəsində də, ümumiyyətlə elə, cəmiyyət səviyyəsində də, yəni Azərbaycan əvvəlki illərlə müqayisədə bu ildə daha irəli getməyi bacarıb, daha irəli çıxmağı bacarıb və özünü dünyaya daha üstün səviyyədə tanıtmağı bacarıb. 
Əlbəttə ki, bütün bunlar mütləq və mütləq Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Çünki onun qurduğu elə bir sistem işləyir ki, o sistem bizi yalnız və yalnız irəli apara bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31