Azərbaycanın fikri və yanaşması dünya tərəfindən izlənilir– ÖZƏL
26 Dekabr 15:48 Siyasət"2024-cü il ölkəmiz üçün ən vacib faktorlardan biri, Azərbaycanın COP29-a uğurlu evsahibliyi etməsi oldu. Azərbaycan təkcə COP29-a uğurlu evsahibliyi edən bir ölkə kimi yadda qalmadı, həm də dünyada vacib məsələlərin müzakirəsinə öz baxış bucağını və yanaşmasını təqdim edən bir ölkə kimi yaddaşlarda qaldı. Azərbaycan COP-un önəmli təşkilatçısından əlavə dünya üçün çıxış yolları təqdim edən bir ölkə kimi xarakterizə edildi ki, bu, 2024-cü il Azərbaycanın ictimai-siyasi həyatı üçün vacib əhəmiyyətə malik idi".
Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Eyni zamanda, ölkəmiz 2024-cü ildə bir sıra önəmli məsələlərin müzakirə edildiyi platforma halına gəldi. Azərbaycan dünyada müxtəlif beynəlxalq təşkilatda inteqrasiyanl dərinləşdirdi. Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS kimi təşkilatlarda ölkəmizin mövqeləri daha da güclənmiş oldu. Təbii ki, Azərbaycanın sözü, rəyi, Prezident İlham Əliyevin mövqeləri bu gün dünyanın siyasi platformalarının əsas aparıcı mövqelərindən biridir. Bu gün Azərbaycanın fikri və yanaşması dünya tərəfindən izlənilir, diqqətə alınır və gələcəkdə müxtəlif siyasi nəzəriyyələrdə tətbiq ediləcək".
Zeynəb Rzayeva