Separatçılarla bağlı Azərbaycana edilən təzyiqlərin nəticəsi olmayacaq– ÖZƏL

"Ermənistanın havadarları separatçıların azad olunması üçün geniş kampaniyaya başlayıblar. Bütün dəlillər isə sübut edir ki, bu insanlar cəzasız qalmamalıdır. Ona gorə ki, həmin şəxslər mülki insanlara qarşı vəhşiliklər hazırlayıb onu icra etmiş şəxslərdir. Bu şəxlər beynəlxalq səviyyədə terror törədiblər. Belə olduğu haqda fundamental hüquqlardan bəhs edən dövlətlər necə olur ki, separatizmi və separatçıları himayə edir? 
Necə ki, İkinci dünya müharibəsindən sonra Nürnberqdə mühakimə prosesləri baş tutdu, eynilə həmin proses separatçılarla bağlı da icra olunmalıdır". 

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"İkinci Nürnberq beynəlxalq məhkəmə prosesi bütün dünyanın gözü qarşısında baş tutmalıdır. Bu canilər ədalət müstəvisində layiqli cəzalarını almalıdırlar. COP29 zamanı Ruben Vardanyanın oğlu David Vardanyan zəngin iş adamlarını da ətrafına toplayaraq Azərbaycana qarşı çirkin kampaniya başlatdı, bu istiqamətdə maliyyə resurslarını və şəxsi əlaqələrini də dövriyyəyə buraxdı. Hibrid hücumlar vasitəsilə Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışan bu şəxsləri Qərb dövlətləri açıq-aşkar şəkildə himayə etdi. Buna görə idi ki, bizə qarşı hibrid hücumların maksimal formada şahidi olduq. Eyni zamanda, həmin bu şəxslər özlərinə yaxın olan özəl şirkətlərdən, media qurumlarından istifadə edərək saxta siyahılar, petisiyalar tərtib etməklə guya Azərbaycana qarşı olan aktorların sayını süni formada çox göstərir, qlobal arenada dəstək əldə etməyə çalışırdılar.
Cənab Prezident İlham Əliyev ölkəmizə 150 milyard dollardan çox zərər vurulduğu faktını bir daha səsləndirdi. Bu proseslərin başında dayananlar yəni, Zori Balayan, Serj Sərkisyan, Robert Koçeryan, Vitali Balasanyan da Azərbaycana təhvil verilməlidir. Separatçılarla bağlı Azərbaycana edilən təzyiqlərin heç bir nəticəsi olmayacaq".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31