Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzalayıb
24 Dekabr 2024 18:06 SiyasətPrezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.
Olaylar xəbər verir ki, Qanuna əsasən, "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanununun Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2.6-cı maddəsi ləğv edilsin.
Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31