Azərbaycan və Türkiyə hərbi sahədə inkişaf perspektivlərini müzakirə edib
24 Dekabr 2024 15:29 SiyasətDekabrın 24-də Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.
Olaylar xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bidirilib ki, görüşdə hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Hər iki qardaş ölkənin hərbi qulluqçularının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31