Prezident İlham Əliyev dünyaca qəbul edilən xarizmatik liderdir - ÖZƏL
24 Dekabr 2024 15:21 Siyasət"Prezident İlham Əliyevin gördüyü işlər haqqında saatlarla deyil, günlərlə deyil, həftələrlə, aylarla, illərlə danışsaq belə yetərli olmayacaq".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Doğrudan da, onun fəaliyyəti müasir Azərbaycan tarixinin ən böyük kəsimini əhatə edir və böyük uğurlarla zəngindir. Yəni elə bir gün, elə bir ay ola bilməz ki, prezident İlham Əliyev Azərbaycana nəsə böyük uğur gətirməsin. Yəni onun fəaliyyətini qısa dəyərləndirməli olsaq, Prezident İlham Əliyev dünyaca qəbul edilən xarizmatik liderdir. Onun həm ölkə üçün, həm də dünya üçün etdikləri göz önündədir. Azərbaycan xalqı, özəlliklə də Prezident İlham Əliyevin başçılığı altında torpaqlarımızın Ermənistanın işğalından azad edilməsini xüsusi olaraq daim yadda saxlayacaq. Çünki 200 il ərzində, yəni Rusiyanın Azərbaycan Respublikasının indiki ərazisini işğal etməsindən keçən dövr ərzində ilk dəfədir ki, biz işğaldan torpaqlarımızı azad edirik. Yəni bu, İlham Əliyevin tarixinə, İlham Əliyevin dövrünə düşüb və əlbəttə ki, belə bir şərəfli tarixə imza atmaq İlham Əliyevin nə qədər böyük lider olmasından xəbər verir. Bu gün onun doğum günüdür. Bir Azərbaycan vətəndaşı, bir ictimai, siyasi fəal olaraq, özəlliklə də Azərbaycanın hər bir məsələsində bu və ya digər şəkildə iştirak etməyə çalışan biri olaraq prezident İlham Əliyevi təbrik edirəm. Ona uzun ömür, can sağlığı arzulayıram. Nə yaxşı ki, Azərbaycan bu dövrdə məhz onun liderliyi altındadır. Nə yaxşı ki, Azərbaycan məhz onun qətiyyətinə, cəsarətinə güvənərək belə zirvələr kəşf edir".