Ölkəmizdə bütün dünyanın həsəd apardığı müdhiş bir təhlükəsizlik var - ÖZƏL

"Bu gün Azərbaycan Respublikasının Prezidenti qalib sərkərdə cənab İlham Əliyevin doğum günüdür. Hər bir vətəndaş kimi cənab Prezidenti təbrik edirik. Ölkələrin tarixində uğurlu siyasi xəttin təsbit və davam etdirilməsi dövlətçilik ənənəsinin inkişaf etməsi üçün çox kritik bir məqamdır. Azərbaycanı bu məsələdə tarixin bəxtəvər ölkələrindən biri hesab etmək olar". 

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"1990-cı ilin əvvəllərində ölkəmizdə baş verən faciələrdən sonra dövlətçiliyimiz şübhə altına düşmüşdü. Çünki 1993-cü ilin iyun ayında ölkə faktiki olaraq parçalanmaq üzrə idi. Şimalda və Cənub zonalarda separatçı qüvvələr, Gəncədə hakimiyyətə tabe olmayan qiyamçı bir polkovnik, Bakıda hakimiyyətini qoruya bilməyən, cəmisi bir il öncə seçilmiş hakimiyyət olduğu dövrdə Azərbaycan xalqının Ümummilli Lideri mərhum Heydər Əliyev hakimiyyətə qayıtdı. O, geniş siyasi təcrübəsini, xalq sevgisini yanına alaraq Azərbaycan Respublikasında xaotik vəziyyətə son qoydu, ölkəmizi böhranlı vəziyyətdən çıxardı və həm daxili, həm xarici, həm iqtisadi məsələlərdə davamlı bir siyasi kurs təşkil etdi. 2003-cü ildə mərhum Ulu Öndər vəfat etdikdə belə ölkə əmin əllərdə idi. Çünki mərhum Heydər Əliyevin siyasi xəttini layiqi  yerinə yetirən cənab Prezident artıq hakimiyyətə gəlmişdi. Yaxşı xatırlayırıq ki, o dövrlərdə də xarici havadarlara arxalanan bəzi pozucu qüvvələr yenə bir şeylər eyməyə çalışdılar, lakin məğlub oldular. Azərbaycan 2003-cü ilin sonlarından yeni prezidentlə dövlətçilik xəttini davam etdirdi. Biz 20 ildən çoxdur ki, cənab İlham Əliyevin rəhbərlik etdiyi ölkədə iqtisadi, sosial və digər sferaların hamısında yüksək nəticələr əldə etmişik. Bu gün ölkəmizdə bütün dünyanın həsəd apardığı müdhiş bir təhlükəsizlik var. 21-ci əsrdə tək xalqıq ki, münaqişəmizi tamamilə qəti qələbə ilə həll etmişik. Şübhəsiz ki, hər bir Azərbaycan vətəndaşının burada əməyi var. Lakin burada xidmətlərin ən böyüyü cənab Prezidentindir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31