Ceyhun Bayramov Serbiya Prezidenti ilə regional və beynəlxalq məsələləri müzakirə edib
16:24 SiyasətSerbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında qeyd edilib.
Görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlığından irəli gələn iqtisadiyyat,enerji, humanitar, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı müxtəlif mövzular müzakirə edilib.
Nazir C. Bayramov regionda münaqişədən sonrakı bərpa və sülh səyləri ilə bağlı son yeniliklər barədə məlumat verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31