Azərbaycan dinlərarası dialoqun ən yaxşı örnəyidir - ÖZƏL

"Prezident İlham Əliyevin "Dini maarifləndirmənin aktual məsələləri: ənənəvi, təcrübə və perspektivlər" mövzusunda beynəlxalq forum iştirakçılarına ünvanladığı müraciət əlbəttə ki, yenə də öz aktuallığı ilə diqqət çəkir". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Hər şeydən öncə, burada bizim diqqətimizi çəkən odur ki, cənab Prezident öz müraciətində Azərbaycanın ta qədimlərdən müxtəlif dinlərin daşıyıcıları üçün normal, tolerant bir məkan olduğunu vurğulayır. Yəni Azərbaycan Prezidenti qeyd edir ki, məhz bu baxımdan bu cür tədbirlərə ev sahibliyi edən Azərbaycan əməkdaşlıq və dialoq məkanı kimi dünyanın diqqət mərkəzindədir.
Digər tərəfdən də ümumiyyətlə, Azərbaycanın zəngin multikulturalizminə diqqət çəkilir və qeyd olunur ki, bu məsələdə dövlət əlbəttə ki, öndə gedir. Yəni təsadüfi deyil ki, Azərbaycanda belə bir mühit yetişdirilib. Xüsusi olaraq vurğulanır ki, Azərbaycan bir tərəfdən dünyəvi dövlətdir. Burada demokratiya, hüquq, dünyəvi dövlətçilik prinsipləri öndədir. Amma bununla bərabər, həm də müxtəlif dinlərin dinc yaşaması üçün də hər cür şərait yaradılıb. Yəni bu tədbirin özünün əslinə qalanda Azərbaycanda keçirilməsi bir daha ölkəmizin dinlərə yanaşmasının göstəricisidir. 
İkinci bir tərəfdən də həqiqətən Azərbaycan elə bir məkandır, elə bir ölkədir ki, burada istənilən dinin daşıyıcısı özünü rahat hiss edə bilir və hətta dünyada bir-birinə qarşı duran dinlər, dinlərin daşıyıcıları, yaxud məzhəblərin daşıyıcıları belə Azərbaycanda qardaşlıq, bərabərlik içində yaşayır, bir-birilərinə qarşı çıxmırlar. Məhz elə prezidentin müraciətində də bu məqam ayrıca vurğulanıb ki, bizdə bu cür ayrı seçkiliklərə heç vaxt yer verilməyib, bundan sonra da verilməyəcək və cəmiyyətimiz də ümumiyyətlə belə ayrı-seçkiliklərə, qarşıdurmalara meylli deyil. 
Yəni qeyd etmək istərdim ki, həqiqətən də Prezident İlham Əliyevin müraciətində də, elə bizim özümüzün də gəldiyimiz qənaət, dünyanın da bildiyi budur ki, Azərbaycan dinlərarası dialoqun ən yaxşı örnəyidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31