Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan dünyanın söz sahibi ölkəsinə çevrilib- ÖZƏL

"Azərbaycan cənab Prezident İlham Əliyevin liderliyi ilə zəfərlərə və qələbələrə imza atması bir ənənə halını alıb. Onun  Azərbaycana  rəhbərlik etdiyi dövrdə elə bir il yoxdur ki, ölkəmiz hansısa ciddi uğura. qələbəyə imza atmasın".
 Bunu "Olaylar"a açıqlamasında  deputat İlham Məmmədov deyib.
 Onun sözlərinə görə, cənab Prezidentin ölkəmizə   rəhbərlik etdiyi dövr  Azərbaycanın  sıçrayışlı inkişaf dövrüdür. "Məhz onun liderliyi altında həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan daxili və xarici siyasətdə, iqtisadi-sosial, hərbi sahədə ciddi uğulara imza ataraq dünyanın güclü, qüdrətli ölkələrindən birinə çevrilib. Cənab Prezident İlham Əliyevin yürütdüyü  uzaqgörən, müdrik,  qətiyyətli siyasəti nəticəsində  Azərbaycan dünyanın nüfuzlu, söz  sahibi olan ölkələrindən biri kimi  qəbul edilir", - o qeyd edib.
Deputat əlavə edib ki, cənab Prezidentin ölkəmizin  hədəflərinə  nail olunması istiqamətində yürütdüyü  yorulmaz, məqsədlərə xidmət edən  siyasəti nəticəsində  bu gün Azərbaycan ən mühüm  problemi olan məsələsini həll edərək Ermənistanın işğalçılıq siyasətinə son verib: "Azərbaycan indi ərazi bütövlüyünü təmin edib  suverenliyini tam bərpa edən ölkədir.  Cənab Prezidentin liderliyi altında Azərbaycanın məhtəşəm qələbələrə imza atması davam edir.  2024-cü ildə də Azərbaycan cənab İlham Əliyevin liderliyi altında  daxili, xarici siyasətdə, sosial-iqtisadi, hərbi və beynəlxalq miqyasda möhtəşəm qələbələrə, zəfərlərə, uğurlara imza atıb.2024-cü ildə Prezidentin yürütdüyü müdrik siyasət nəticəsində bir güllə atılmadan Qazax rayonun 30 ildən artıq müddətdə işğal altında olan 4 kəndi Azərbaycana qaytarıldı, Sərhədlərin demarkasiya və delimitasiyasına başlanıldı. Ölkədə Prezident və parlament seçkiləri uğrula keçirildi. İqtisadi sahədə inkişaf qeydə alındı. Ən əsası isə işğaldan azad olunan ərazilərin bəröa-quruculuq işlərinin görülməsi nəticəsində 10 minə yaxın soydaşımız öz ata yurdalırna döndü və bu proses  davam etməkdədir. Bu gün işğaldan azad olan Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatına  inteqrasiya olunmaqla, ölkə iqtisadiyyatının inkişafına ciddi töhfə verməkdədir. Əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addılar atılıb və növbəti ildən etibarən 3 milyona yaxın vətəndaşın sosial-rifah halının yaxşılaşdırılması məqsədi ilə yeni sosial paket qəbul ediləcək. Son 5 ildə isə həyata keçirilən 4 sosial islahat paketi 7 mlrd. manat olmaqla 4 milyon vətəndaşı əhatə edib. 5-ci sosial paket isə 2025-ci ildə həyata keçiriləcək.  
Azərbaycan COP29 kimi bir qlobal səviyyəli tədbirə uğurla  ev sahibliyi etməklə beynəlxalq miqyasda da ciddi bir qələbəyə imza atıb. Azərbaycanın COP29-a uğurlu ev sahibliyi etməsi ölkəmizin gələcək inkişafı, təhlükəsizliyinin təmin edilməsi  baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan "yaşıl iqtisadiyyat" və "yaşıl enerji"yə keçidlə Avrasiya coğrafiyasının bir  logistik qovşağına çevriləcək ki, bu da ölkəmizin qarşısında duran hədəflərin nail olunmasına yeni imkanlar açacaq. 
Məhz bütün bu yürüdülən siyasətin nəticəsi olaraq Azərbaycan beynəlxalq səviyyədə nüfuzlu ölkə çevrilməklə yanaşı, cənab Prezident İlham Əliyev müasir dünya lideri kimi də qəbul edilir.  Cənab İlham Əliyevin liderliyi altında Azərbaycan dünyanın ən nüfuzlu  və söz sahibi olan ölkələrindən birinə çevriləcək. Ona bu yolda uğurlar arzulayırıq".

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31