Azərbaycan beynəlxalq aləmdə yeni güc məkanı qazanıb- ÖZƏL

"Azərbaycanın burada güclü əməkdaşlıq etdiyi ölkələr var. Bunlar arasında Türkiyə və Pakistanın olduğunu qeyd edə bilərik.
Belə bir təşkilata Azərbaycanın üzv edilməsi ölkəmizin artan qlobal siyasi nüfuzunun göstəricilərindəndir. Cənab prezident İlham Əliyev sosial media hesablarında etdiyi paylaşımda da Azərbaycanın artan siyasi nüfuzunun və bu fonda D-8 üstünlüyünü ən gözəl formada ifadə etdi". 

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycan ayrı-ayrılıqda D-8 ölkələri ilə kifayət qədər yaxşı iqtisadi, siyasi münasibətlərə sahibdir. Ayrı-ayrılıqda yaxşı olan bu iqtisadi və siyasi münasibətlər sistemi ümumtəşkilat daxilində də daha da inkişaf etdiriləcək. Bundan həm ölkəmiz, həm də D-8 ciddi iqtisadi, siyasi üstünlüklər qazanacaq. Azərbaycan D-8 çərçivəsində öz iqtisadi, siyasi, fəaliyyətini daha da genişləndirə bilər. Bu milyardlarla dollar iqtisadi gəlir mənası daşıyır. Dünya bazarında Azərbaycana hegemonluq imkanı yarada bilər.

Onu da nəzərə almaq lazımdır ki, D-8 öz gücünə və potensialına görə dünyada müəyyən təsir gücünə malikdir. Bu baxımdan hesab etmək olar ki, Azərbaycan beynəlxalq aləmdə yeni güc məkanı da qazanıb".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31