Niderlanda yeni səfir təyin olundu

Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib.

Olaylar bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sənədə əsasən, bu vəzifəyə Məmməd Bahəddin oğlu Əhmədzadə təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın Niderlandda səfiri Rəhman Mustafayev 2024-cü ilin oktyabrında vəzifəsindən geri çağırılaraq, Rusiyada Azərbaycanın səfiri vəzifəsinə təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31