“D-8 təşkilatına üzv olmağımız əlamətdar hadisədir” - Deputat

"Ölkəmizin D-8 təşkilatına üzv olması əlamətdar hadisədir".

Olaylar.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Mübariz Qurbanlı deyib.

"D-8 təşkilatında Azərbaycanın yaxın müttəfiqləri Türkiyə və Pakistan da var. Azərbaycanın bu təşkilata üzv qəbul edilməsi bizim üçün uğurlu olacaq. Bu təşkilatda toplaşan ölkələr dünya iqtisadiyyatında mühüm yer tutur, Azərbaycanın da qatılması təşkilatın fəaliyyətini gücləndirəcək. Hesab edirəm ki, 2024-cü il bizim üçün uğurlu ildir", - millət vəkili bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31