Deputat ahıl seçicilərinin tibbi müayinəsini təşkil edib- ÖZƏL
17:41 SiyasətMilli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı seçiciləri ilə növbəti görüş keçirilib. Olaylar xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib:
"Tənha ahıllara diqqət dövlətimizin, möhtərəm cənab Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyevanın daim diqqət mərkəzindədir. Onlara qayğı və diqqətin göstərilməsi həm də hər birimizin borcudur. Seçicilərlə keçirdiyim görüşlərdə nəzərimi tənha ahıllar xüsusilə cəlb etdi. Onların həyat tərzləri ilə daha yaxından maraqlandım və bir daha əmin oldum ki, tənha ahıllarla birgə olmaq, qayğılarına həssaslıqla yanaşmaq, istək və arzularını həyata keçirtmək olduqca vacibdir. Bu, həm də dövlətimizin humanist və mərhəmətli siyasətinə dəstəkdir. Belə qərara gəldim ki, hər altı aydan bir onlar sistemli olaraq tibbi müayinədən keçirilsin. Bu məqsədlə Salyan rayon Mərkəzi Xəstəxanasının həkim heyyəti, Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Salyan Tibbi Yardım Stansiyası və Sosial Xidmətlər Agentliyinin Salyan-Şirvan Regional filialının əməkdaşları ilə birlikdə tibbi müayinə aksiyasına start verdik.
27 nəfər tənha ahıldan 14 nəfərin tibb müayinəsi uğurla başa çatdı. Digər 13 nəfərin tibb müayinəsi də bu günlərdə baş tutacaqdır.
Təşəbbüsümüzə qoşulan və aksiyamızda iştrak edən hər kəsə öz təşəkkürümüzü bildiririk".