Azərbaycan-ABŞ münasibətlərinə kölgə salan amillər – ÖZƏL
19 Dekabr 2024 17:21 Siyasət"Son zamanlar Amerika Birləşmiş Ştatlarının müxtəlif dairələrindən Azərbaycana qarşı qərəzli kampaniyalar aparıldığının şahidi oluruq. İstər müharibə dövründə, istərsə də müharibədən sonra Bayden administrasiyası Azərbaycana qarşı qərəzini gizlətmir və müxtəlif kanallar vasitəsilə bunu ifadə etməyə başlayıb".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Zeynal Əmrəliyev deyib:
"Çox təəssüflər olsun ki, Dövlət Departamenti də bu işdə çox fəal şəkildə iştirak edir. Şəxsən dövlət katibi Entoni Blinken bu məsələlərdə xüsusi fəallıq göstərir. Bu, təbii ki, Azərbaycan-ABŞ münasibətlərinə kölgə salır. Keçmiş zamanlarda Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında çox isti münasibətlər olub. ABŞ ilə daim siyasi, iqtisadi əlaqələri yüksək səviyyədə inkişaf etdirmişik. ABŞ-nin burada yüksək səviyyəli diplomatik və biznes maraqları olub. Ancaq bütün bunlara baxmayaraq, bu gün bu məsələlərin əksini görürük. Bayden administrasiyası çalışır ki, bütün imkanları ilə Ermənistana kömək olsun. ABŞ Fransa prezidenti Emmanuel Makronla birlikdə yenidən Cənubi Qafqazda münaqişənin alovlanması üçün əlindən gələni edir. Bu, təəssüfləndirici bir hadisədir. Çox təəssüflər olsun ki, ABŞ-nin nəzarəti altında olan media qurumları da bu işdə fəallıq göstərirlər. Azərbaycan dövləti bundan sonra da Azərbaycanın müstəqilliyinin, istiqlaliyyətinin, suverenliyinin qorunması üçün əlindən gələni edəcəkdir".
Qiymət Mahir