Üzv dövlətlər Azərbaycanın D-8-ə üzv seçilməsi ilə bağlı yekdilliklə tarixi qərar verdilər - Baş nazir

Bu gün Azərbaycana dost münasibəti və etimad göstərən üzv dövlətlər ölkəmizin D-8-ə üzv seçilməsi ilə bağlı yekdilliklə tarixi qərar verdilər.

Olaylar xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Qahirədə D-8 11-ci Zirvə görüşündə deyib.

"Dostumuz və qardaşımız Misir Ərəb Respublikasına Zirvə görüşünə, dəvətə və göstərilən yüksək ev sahibliyinə görə təşəkkür etmək istərdik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə ilk dəfə İstanbulda keçirilən D-8 seminarında iştirak edib.

Bugünkü zirvə toplantısında iştirakımızın xüsusi tarixi əhəmiyyəti var. Çünki bu gün Azərbaycanla dostluq əlaqələri olan və etimad göstərən dövlətlər ölkəmizin D-8-ə üzv seçilməsi ilə bağlı yekdilliklə tarixi qərar verdilər.

Buna görə də bütün üzv dövlətlərə öz təşəkkürümüzü bildiririk. Azərbaycan təşkilatın əsas prinsiplərinin qorunub saxlanması və təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçüntöhfə verəcək", - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31