Prezident: Hazırda Makron rejimi Fransanı uğursuz dövlətə çevirir
18 Dekabr 2024 12:39 SiyasətAvropanın mərkəzində - Korsikada onlar (Fransa - red) Korsika dilini qadağan edirlərsə, bu dilin ictimai yerlərdə istifadəsinə icazə vermirlərsə, o zaman Yeni Kaledoniya haqqında nə demək olar? Bu, nəyə yarayar? Bu demokratiyadır? Bu, insan hüquqlarıdır?
Olaylar xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində söyləyib.
Dövlətimizin başçısı vurğulayıb: "Yəni, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31