Ən böyük terror təşkilatını ABŞ özü maliyyələşdirir- ÖZƏL
18 Dekabr 2024 10:38 Siyasət"Sallivanın açıqlamaları absurddur. Birincisi, Amerika özü Suriyada terror təşkilatı dəstəkləyir. Hətta bu gün Suriyadakı ən böyük terrir təşkilatı kimdir sualını versək, şübhəsiz ki, PKK-nın Suriya qolu olan PYD-YPG-dir. Bura olunan yardımlar rəsmi olaraq ABŞ-nin hərbi büdcəsinə də daxil edilir. Ən böyük terror təşkilatını ABŞ özü maliyyələşdirir. Deyr əz-Zor bölgəsində terrorçuların Suriya xalqından oğurladığı neftin satışını elə ABŞ şirkətləri özü həyata keçirir".

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Digər tərəfdən bu gün Suriyanın təxminən 30 faizi bu terror qruplaşlamasının işğalı altındadır və bu işğal ABŞ dəstəyi nəticəsində davam edir. ABŞ Suriyanın təhlükəsizliyindən bəhs edirsə, əvvəlcə terrorçulara dəstəyi kəssin. Suriyanın torpaq bütünlüyünün təmin edilməsi üçün YPG-dən 30 faiz torpaqların geri qaytarılmasını tələb etsin, tərki-silah olsun və Deyr əz-Zorda olan neft yataqları Suriya xalqına verilsin. Bəli, Yaxın Şərqdə terror problemi var. Biz burada radikal terrorizmdən də bəhs edə bilərik. Bunun təməl səbəblərinə baxdığımızfa ABŞ-nin hərəkətlərinin dırnaqarası məntiqli davamıdır. Çünki İraqda əhaliyə olmazın zülmlər edən ABŞ, orada radikal terrorizmin də fundamentalistlərin də kök atmasına bir növ yardımçı oldu. İŞİD və digər radikal terrorçular da ABŞ-nin qoyduğu hərbi bazalardan silahlandılar, Abu Ghraib həbsxanasında formalaşdılar. Nəticə etibarilə Yaxın Şərqdəki terror probleminin özündə də ABŞ-nin İraqa olan müdaxiləsi dayanır. Çünki ABŞ 2003-cü ildə fərqli danışırdı, nəticədə isə İraqı tarımar etdi və İraqdakı xaotik vəziyyət də Suriyaya yansıdı. Yaxşı olar ki, ABŞ absurd bəyanatlar vermək yerinə Suriya xalqının maraqlarının təmin edilməsi üçn çalışsın. Terrorçulara ayırdığı pulu kəssin və Suriya xalq inqilabına və Suriyanın yenidən inşa edilməsi üçün xərcləsin".
Zeynəb Rzayeva