Rüstəm Minnixanov Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına üç ədəd mikroavtobus hədiyyə edib
17 Dekabr 2024 16:53 SiyasətRusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına üç ədəd mikroavtobus hədiyyə edilib.
Olaylar xəbər verir ki, mikroavtobuslar Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevə təqdim olunub.
Qeyd edək ki, mikroavtobuslararın təqdim edilməsi Rüstəm Minnixanovun dekabrın 17-də Ələt Azad İqtisadi Zonasına (ƏAİZ) səfəri çərçivəsində baş tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31