Prezident İlham Əliyev Rüstəm Minnixanova Azərbaycanın “Dostluq” ordenini təqdim edib
17 Dekabr 2024 16:00 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşüb.
Olaylar xəbər verir ki, əvvəlcə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Azərbaycanın "Dostluq" ordeni ilə təltifedilmə mərasimi oldu. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rüstəm Minnixanov "Dostluq" ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev "Dostluq" ordenini Rüstəm Minnixanova təqdim edib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31