Sahibə Qafarova Türkiyəyə rəsmi səfərə gəlib
17 Dekabr 2024 14:08 SiyasətMilli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti dekabrın 17-də Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə rəsmi səfərə gəlib.
Olaylar xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, Ankaranın Esenboğa Beynəlxalq Hava limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərdə Milli Məclis Sədri Sahibə Qafarovanın bir sıra görüşləri və tədbirlərdə iştirakı nəzərdə tutulub.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31