Qərbi Azərbaycan İcmasının yaydığı bəyanat obyektiv reallığı əks etdirir- ÖZƏL

"Qərbi Azərbaycan İcmasının yaydığı bəyanat təbii ki, obyektiv reallığı çox gözəl formada əks etdirir. BMT platformasında Qərbi Azərbaycanda hüquqları tapdalanan azərbaycanlıların məsələsinin qabardılması böyük əhəmiyyətə malikdir. Nəzərə almalıyıq ki, Qərbi azərbaycanlıların hüquqları BMT-nin irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komissiyasında müzakirə edilib". 

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Bunun da xüsusi əhəmiyyəti var, çünki məhz BMT kimi tribunada özəlliklə irqi ayrı-seçkiliyə görə böyük basqılara və təqiblərə məruz qalan Qərbi azərbaycanlıların məsələsinin qaldırılması mühüm əhəmiyyətə malikdir. Bütün 20-ci əsr boyu və sonlarına doğru Qərbi azərbaycanlıların Ermənistan və onun havadarları tərəfindən sistematik şəkildə basqılara məruz qalması beynəlxalq platformalarda, beynəlxalq siyasi və hüquqi təşkilatlarda öz obyektiv qiymətini almamışdır. Bunun da nəticəsində azərbaycanlıların məsələsi insan hüquqları prizması baxımından BMT tribunalarında və yaxud hansısa böyük beynəlxalq təşkikatlarda aktiv müzakirə edilmirdi. Sonuncu olaraq Qərbi azərbaycanlıların hüquqlarının belə bir beynəlxalq platformada səsləndirilməsi təbii ki, çox mühüm hadisədir. Bu baxımdan Qərbi Azərbaycan İcması da bu məsələni təqdir edərək bundan sonra digər beynəlxalq platformalarda da bu məsələnin müzakirəsinin nə qədər önəmli olmağının mesajını vermiş oldu. Ümid edirik ki, bundan sonra başqa siyasi və hüquqi təşkilatlarda da Qərbi azərbaycanlılara qarşı törədilən hüquqsuzluqlar öz obyektiv dəyərini alacaq".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31